Sumqayıt şəhərində bədbəxt hadisə baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin “Kristal Abşeron” yaşayış kompleksi ərazisində qeydə alınıb.
Məlumata görə, 2006-cı il təvəllüdlü Əlizadə Aysel naməlum səbəbdən 4-cü mərtəbədən yıxılıb.
Hadisədən sonra o, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata əsasən, yaralının vəziyyəti ciddi olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri dəqiqləşdirilir.












