Sumqayıtda mənzildə yanğın - FOTOLAR\ÖZƏL

Sumqayıtda mənzildə yanğın - FOTOLAR\ÖZƏL

Sumqayıt şəhərində yaşayış binasında yanğın hadisəsi qeydə alınıb. Hadisə şahidlərinə istinadən daxil olan ilkin məlumatlara görə, hadisə şəhərin 11-ci mikrorayon ərazisində yerləşən mənzillərdən birində baş verib.

NOCOMMENT.az xəbər verir ki, yanğının dərhal söndürülməsi və alovun digər mənzillərə keçməsinin qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən briqadaları və xüsusi texnikaları dərhal əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürənlər tərəfindən alovun lokallaşdırılması və tam söndürülməsi istiqamətində operativ tədbirlər davam etdirilir. Hadisə yerinə həmçinin Təcili Tibbi Yardım əməkdaşları da çağırılıb. Yanğının yaranma səbəbi, xəsarət alanların və ya tüstüdən zəhərlənənlərin olub-olmaması barədə rəsmi məlumat hələlik açıqlanmayıb.

Sara,