Sumqayıtda qardaş qardaşı bıçaqladı

Sumqayıtda qardaş qardaşı bıçaqladı

Sumqayıt şəhərində iki qardaş arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onlardan birinin xəsarət alması barədə polisə məlumat daxil olub.

 

NOCOMMENT.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı araşdırma başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.