Sumqayıtda ticarət mərkəzi yandı – FHN hadisə yerində

Sumqayıtda ticarət mərkəzi yandı – FHN hadisə yerində

Sumqayıt şəhərində ticarət mərkəzində yanğın olub.

NOCOMMENT.az Referans.az-a istinadən xəbər verir ki, hadisə 32-ci məhəllədə yerləşən ticarət mərkəzində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Alov söndürülüb.

Yanğın nəticəsində təxminən 80 m² ərazi yanıb.