Sumqayıtda tikintisi davam edən binada yanğın baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin Sumqayıt bulvarında yerləşən və inşası davam edən yaşayış binalarından birində qeydə alınıb. İlkin məlumata görə, binanın zirzəmi hissəsində yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb.
Faktla bağlı araşdırma aparılır
***
Sumqayıt şəhərində tüstü qatı müşahidə olunub.
NOCOMMENT.az Sumqayit24.az-a müraciət edən vətəndaşların iddiasına görə, Bulvar ərazisində yaşayış binasının zirzəmisində yanğın hadisəsi baş verib. Nəticədə ətraf tüstüyə qərq olub.
Hələlik xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.











