Tanınmış bloger ölüb? – FOTO

Tanınmış bloger ölüb? – FOTO

Sosial şəbəkə hesablarında Ömrü Sultani kimi tanınan bloger Tünzalə Sultanovanın vəfat etməsi ilə bağlı yayılan məlumatların yalan olduğu üzə çıxıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə blogerin reklam siması olduğu geyim mağazası məlumat verib.

Mağazadan verilən məlumata görə, Tünzalə Sultanovanın ölüm xəbəri yalandır, həqiqəti əks etdirmir:

“Ölümü ilə bağlı məlumatları yalandan yayıblar. Belə bir hadisə olmayıb”.

***

Ömrü Sultani kimi tanınan bloqer Tünzalə Sultanovanın vəfat etdiyi iddia olunur.

NOCOMMENT.az Oxu.Az-a istinadən xəbər verir ki, sosial mediada edilən paylaşımlarda Tünzalə Sultanovanın boğaz nahiyəsində zob aşkar edildiyi və bundan sonra tibbi müayinələr zamanı onun bədxassəli şiş olduğu müəyyən olunub.

Ötən gün onun əməliyyat edildiyi və vəziyyəti ağırlaşaraq komaya düşdüyü qeyd edilib.

Lakin bu gün sosial şəbəkə edilən paylaşımlarda onun “EGE Hospital”da vəfat etdiyi iddia olunub.

Məlumatı dəqiqləşdirmək üçün klinikanın nömrələri ilə əlaqə saxlamağa cəhd etsək də, zənglərimizə cavab verən olmadı.