Tanınmış xanəndə yol qəzasına düşdü – Son vəziyyəti açıqlandı – FOTO

Tanınmış xanəndə yol qəzasına düşdü – Son vəziyyəti açıqlandı – FOTO

23.12.2025-ci saat 12:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Bu barədə TƏBİB-dən NOCOMMENT.az -a verilən məlumatda bildirilib.

Onlardan 1998-ci il təvəllüdlü şəxsə çənəaltı nahiyənin kəsilmiş, cırılmış yarası, 2007-ci il təvəllüdlü şəxsə isə üst göz qapağının, gözətrafının və sol qulağın kəsilmiş, cırılmış yarası, çanağın küt travması diaqnozu təyin edilib.

Hazırda hər iki şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.

***13:18

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad rayonunun Albalan kəndi ərazisində qeydə alınıb. “Chevrolet Niva” markalı avtomobillə VAZ 2107 markalı avtomobil toqquşub.

“VAZ 2107” markalı avtomobildə olanlardan biri ağır xəsarət alıb. Yaralılar sürücünün əmisi tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Həkimlər ona ilkin tibbi yardım göstəriblər.

“Chevrolet Niva” markalı avtomobilin sahibi Cəlilabad rayonunun Saatlı kənd sakini, tanınmış xanəndə Füzuli Salmanov ailə üzvləri, azyaşlı övladı da olub.

Faktla bağlı araşdırma aparılır.

Turab