TƏCİLİ! Kreml yaxınlığında DƏHŞƏTLİ yanğın başladı - Nə baş verir?

TƏCİLİ! Kreml yaxınlığında DƏHŞƏTLİ yanğın başladı - Nə baş verir?

Moskvadakı "İsmayılovo Kremli" mədəni-əyləncə kompleksi ərazisində güclü yanğın baş verib. İlkin məlumatlara görə, yanğın Kreml binasının özündə deyil, onun yaxınlığındakı Sovet küçəsində yerləşən və kvest oyunları üçün istifadə edilən inzibati binada qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının sahəsi qısa müddətdə 1000 kvadratmetrə qədər genişlənib və hadisəyə 2-ci çətinlik dərəcəsi verilib. Ərazidən bütün insanlar təxliyə edilib, alovların içindən 5 nəfər xilas olunub. Yanğının söndürülməsinə 100-dən çox canlı qüvvə və onlarla texnika cəlb edilib.

Hadisənin baş verməsinə dair ilkin ehtimal kimi elektrik naqillərindəki nasazlıq və qısaqapanma göstərilir. Hazırda yanğının tam söndürülməsi və muzey kompleksinə ziyan dəyməməsi üçün işlər davam etdirilir.