TƏCİLİ! Sumqayıtda binada PARTLAYIŞ OLDU

TƏCİLİ! Sumqayıtda binada PARTLAYIŞ OLDU

Sumqayıtda yaşayış binasında partlayış qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin “Nasosnu” qəsəbəsində yerləşən çoxmənzilli yaşayış binasında baş verib.

İlkin məlumata görə, partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.

Hadisə barədə məlumat daxil olan kimi əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda ərazidə təhlükəsizlik tədbirləri həyata keçirilir.

Partlayışın dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.