Tərtərdə bir ailənin 4 üzvü zəhərlənərək ölüb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Bəyimsarov kəndində qeydə alınıb.
Əslən Kəlbəcər rayonundan olan ailənin 4 üzvü – Tağızadə Rüfət Mais oğlu, onun həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı, onların övladları Ümid və Sürəyyanın yaşadıqları evdə meyitləri tapılıb.












