Ucarda sahibsiz itlər 61 yaşlı Rəhman Əsgərova hücum edib.
Ucarda baş verən hadisə ilə bağlı TƏBİB-dən NOCOMMENT.az-ın sorğusuna cavab olaraq bildirilib ki,
23.12.2025-ci il saat 10:30 radələrində it dişləməsi səbəbilə 1 nəfər (kişi) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1964-cü il təvəllüdlü pasiyentə bədənin müxtəlif nahiyələrinin didilmiş, cırılmış açıq yaraları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib, quduzluq əleyhinə peyvənd olunub.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
***09:56
Ucarda sahibsiz itlər 61 yaşlı kişiyə hücum edib.
NOCOMMENT.AZ xəbər verir ki, hadisə rayonun 28 May küçəsində qeydə alınıb.
Belə ki, 61 yaşlı Rəhman Əsgərov yaşadığı binanın həyətində olarkən sahibsiz küçə itləri ona hücum edib. İtlərin hücumu nəticəsində Rəhman Əsgərova müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.
Dərhal ətrafdakı sakinlər ona ilkin yardım göstərib, daha sonra isə onu tibbi müəssisəsinə çatdırıblar.
Sakinlərinin sözlərinə görə, yaxınlıqda yerləşən tikintisi yarımçıq qalan binada çoxlu sayda sahibsiz itlər toplaşır.
Onların aqressiv davranışı səbəbindən sakinlər, xüsusilə yaşlılar və uşaqlar gündəlik həyatlarını qorxu və narahatlıq içində keçirirlər.
Hazırda sakinlər aidiyyəti qurumlardan məsələ ilə bağlı təxirəsalınmaz tədbirlər görülməsini, ərazinin təhlükəsizliyinin təmin olunmasını tələb edirlər.

NOCOMMET.AZ












