Xaçmazda evdə partlayış olub, biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb

Xaçmazda evdə partlayış olub, biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb

Xacmaz rayonunun Nabran kəndində fərdi yaşayış evində partlayış baş verib.

NOCOMMENT.az  APA-ya istinadən xəbər verir ki, hadisə zamanı həmin evdə olan Tovuz rayon sakinləri 33 yaşlı Elşən Müzəffərzadə, 32 yaşlı Növrəstə Namazova və 2 yaşlı Mərd Mirzəzadə müxtəlif dərəcəli xəsarətlər alıb.

 

İlkin məlumata görə, partlayış qaz sızması nəticəsində baş verib.

Hazırda fakt araşdırılır.