2022-ci il dünya çempionatındakı qələbədən sonra Argentinada olduqca maraqlı və qeyri-adi bir dini cərəyan meydana çıxıb.
NOCOMMENT.az xəbər verir ki, "Messizm" adlandırılan bu yeni inanc xüsusilə Argentinanın Çako əyalətində yerləşən La Eskondida kəndində sürətlə yayılır. Məlumata görə, hazırda həmin kənddə Lionel Messini müqəddəs şəxs hesab edən və özlərini "Messizm" inancına mənsub sayan 3 900-ə yaxın insan yaşayır.
Qeyd edək ki, Lionel Messi Argentina xalqı üçün sadəcə bir futbolçu deyil, həm də ölkənin birliyini və milli qürurunu təmsil edən mühüm bir mədəni fiqurdur. Onun 2022-ci ildə dünya çempionu olması, argentinalıların ona olan bağlılığını tarixi bir qurtuluş və mənəvi qələbə səviyyəsinə yüksəldib. Mütəxəssislər "Messizm"i rəsmi dini cərəyandan daha çox, Messinin nailiyyətlərinə və şəxsiyyətinə olan kütləvi, rəmzi və emosional bir pərəstişin təzahürü kimi qiymətləndirirlər.
Əli Səfərli,
NOCOMMENT.az












