Helikopter okeana düşdü – Pilotdan xəbər yoxdurbackend

Helikopter okeana düşdü – Pilotdan xəbər yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın qərb sahillərində yük daşımaq üçün nəzərdə tutulan helikopter Sakit okeana düşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Məlumata görə, “Kaman K-MAX” model helikopterin göyərtəsində yalnız pilot olub.

Pilotun itkin düşdüyü bildirilir. Onun axtarışları davam edir.

Helikopterin düşməsinin səbəbləri barədə məlumat verilməyib.
Modern.az