Azərbaycan Ordusu ermənilərə cəsəd axtarışını qadağan etdi

Azərbaycan Ordusu ermənilərə cəsəd axtarışını qadağan etdi

Qarabağda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapılıb.

NOCOMMENT.az axar.az-a istinadən xəbər verir ki, bu abrədə erməni mətbuatı yazıb.

Şəxsiyyətini təyin etmək üçün meyit məhkəmə-tibbi ekspertizasına göndərilib.

Bununla da 14 noyabr 2020-ci ildən indiyədək Qarabağdakı döyüş meydanlarında tapılan erməni meyitlərinin sayı 1345-ə çatıb.

Erməni axtarış qrupları bu gün Qarabağda axtarış apara bilmədiklərini deyiblər. Onların sözlərinə görə, bunu Azərbaycan Ordusu qadağan edib.

Azərbaycan Ordusu qadağanın səbəbini açıqlamayıb.