Ermənilərin Kəlbəcərdə növbəti təxribatının qarşısı alındı

Ermənilərin Kəlbəcərdə növbəti təxribatının qarşısı alındı

Sentyabrın 7-si saat 07:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Bu barədə NOCOMMENT.az a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”, – MN-dən qeyd edilib.