Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu şəhid olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Qafqazinfo-ya Səhman Musayevin yaxınları məlumat verib.
Tərxis olunmasına 1 ay qalmış əsgərin yaxınları onun Füzuli istiqamətində minaya düşdüyünü bildirir. Şəhidimizin nəşi doğulduğu Göygöl rayonuna gətirilib, bu dəqiqələrdə vida mərasimi keçirilir.
Səhman Musayev Göygölün Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.













