Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssum şəhərində (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən əldə düzəldilmiş partladıcı qurğulara qarşı tədbirlər (C-IED) mövzusunda təlim kursu keçirilir.
Bu barədə NOCOMMENT.az -a Müdafiə Nazirliyindən məlumat verilib.
Kursda dinləyicilərə NATO-nun əldə düzəldilmiş partlayıcı qurğulara qarşı tədbirlər zamanı birgə fəaliyyətlərlə bağlı müxtəlif sahələr üzrə brifinqlər təqdim olunub.
Mövzuya dair fikir mübadiləsi aparılıb, praktiki qrup çalışmaları yerinə yetirilib.














