Odessa və Jitomirə hava zərbələri endirilib: Ölən və yaralananlar var

Odessa və Jitomirə hava zərbələri endirilib: Ölən və yaralananlar var

Rusiya tərəfindən Ukraynanın müxtəlif bölgələrinə endirilən hava zərbələri nəticəsində insan tələfatı və dağıntılar qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, Odessa şəhərinə endirilən aviasiya bombası zərbələri nəticəsində 3 nəfər həyatını itirib, daha 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Eyni zamanda, bu gün Rusiya qüvvələri Jitomir vilayətinin Malin icmasında yerləşən yanacaqdoldurma məntəqələrindən birini də hədəf alıb.

Hadisə nəticəsində bir nəfərin yaralandığı bildirilib. Hazırda hər iki ərazidə aidiyyəti xidmətlər tərəfindən xilasetmə və zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.