Rusiya Federasiyası ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə müvəqqəti atəşkəs elan edilməsi və əsirlərin mübadiləsi barədə təşəbbüsünü qəbul etdiyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun verdiyi bəyanata görə, Rusiya tərəfi mayın 9-dan 11-nə qədər olan dövrü əhatə edəcək bu təşəbbüsü məqbul hesab edir. Razılaşmaya əsasən, atəşkəs müddətində tərəflər arasında "min nəfərin min nəfərə" formatında genişmiqyaslı əsir mübadiləsi həyata keçiriləcək.
Bu addım Vladimir Putin və Donald Tramp arasında baş tutmuş sonuncu telefon danışığının davamı kimi qiymətləndirilir və müzakirələr zamanı ABŞ tərəfinin rəsmi Kiyevlə də daimi təmasda olduğu bildirilir. Kreml rəsmisi həmçinin bu humanitar təşəbbüsün nasizm üzərində Qələbənin 81-ci ildönümünə təsadüf etməsinin Rusiya üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sara,









