TƏCİLİ! İran ABŞ-yə qarşı hücuma keçdi - Zərbələr endirilir

TƏCİLİ! İran ABŞ-yə qarşı hücuma keçdi - Zərbələr endirilir

ABŞ-ın "Safesea Group" nəqliyyat şirkətinə məxsus "Neha" kommersiya gəmisi Fars körfəzində İran pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Bu insident bölgədə onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirib.

NOCOMMENT.az xəbər verir ki, "Fox News" telekanalının yaydığı məlumata görə, hücum zamanı iki drondan istifadə olunub. PUA-lardan biri gəmiyə isabət etsə də, digəri hədəfdən yayınıb. Hadisə baş verən anda gəminin yüksüz olduğu və Dohaya yaxın ərazidə lövbər saldığı bildirilir.

Telekanalın dəqiqləşdirdiyi məlumata əsasən, göyərtədə 23 dənizçi olub. Sevindirici haldır ki, hücum nəticəsində xəsarət alan olmayıb. Hazırda gəmiyə dəyən ziyanın miqyası araşdırılır.