Türkiyənin Samsun şəhərində naməlum mənşəli pilotsuz uçuş aparatının (PUA) yaşayış sahəsinə düşməsi nəticəsində binalara ziyan dəyib. Hadisə şəhərin Kazım Karabekir rayonundakı küçələrdən birində qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, pilotsuz uçuş aparatının süqut etməsi nəticəsində ərazidəki iki evin damı ciddi zədələnib və mənzillərin pəncərələri qırılıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və ekspertlər cəlb edilib. Hazırda mütəxəssislər tərəfindən uzunluğu təxminən 1 metr olan dronun qalıqları üzərində araşdırmalar aparılır və onun mənşəyi müəyyənləşdirilir.
Sara












