Futbol üzrə dünya çempionatlarının açılış oyunları turnirin ab-havasını müəyyən edən xüsusi matçlar olub.
NOCOMMENT.az xəbər verir ki, 1930-cu ildən 2022-ci ilə qədər keçirilən mundiallarda açılış qarşılaşmaları həm nəticələri, həm də statistikası ilə diqqət çəkir.
1930-cu ildəki dünya çempionatının açılış matçında Fransa Meksikanı 4:1 hesabı ilə məğlub edib. Növbəti mundialda İtaliya ABŞ üzərində 7:1 hesablı qələbə qazanaraq açılış oyunlarının ən məhsuldar görüşlərindən birinə imza atıb.
II Dünya müharibəsi səbəbindən 1942 və 1946-cı illərdə yarış keçirilməyib və mundial 1950-ci ildə Braziliya - Meksika oyunu (4:0) ilə yenidən başlayıb.
1950, 1954, 1958 və 1962-ci illərdəki turnirlərdə ilk görüşlər bolqollu və nəticəli oyunlar baxımından üstünlük təşkil edibsə, 1966, 1970, 1974 və 1978-ci illərdəki dünya çempionatlarının açılış matçlarında, ümumiyyətlə, qol qeydə alınmayıb.
1980-ci illərdən əsrin sonlarınadək mundialların açılış oyunları elə də bolqollu keçməyib. Yalnız 1998-ci ilin Braziliya - Şotlandiya matçında (2:1) üç top vurulub.
Son mundiallarda isə bu tendensiya daha da güclənib: 2006-cı ildə Almaniya - Kosta Rika (4:2), 2014-cü ildə Braziliya - Xorvatiya (4:1), 2018-ci ildə Rusiya - Səudiyyə Ərəbistanı (5:0) kimi bolqollu oyunlar açılışların daha dinamik keçdiyini göstərir. 2022-ci ildə isə Qətər Ekvadora 0:2 hesabı ilə uduzub.
Dünya çempionatlarının açılış oyunları 1930, 1934, 1954, 1962-ci illərdəki mundiallarda eyni vaxtda bir neçə matç başlayıb, amma FIFA siyahıda bəzilərini "birinci oyun" kimi göstərib.
1930. Fransa - Meksika 4:1
1934. İtaliya - ABŞ 7:1
1938. İsveçrə - Almaniya 1:1
1950. Braziliya - Meksika 4:0
1954. Yuqoslaviya - Fransa 1:0
1958. İsveç - Meksika 3:0
1962. Çili - İsveçrə 3:1
1966. İngiltərə - Uruqvay 0:0
1970. Meksika - SSRİ 0:0
1974. Braziliya - Yuqoslaviya 0:0
1978. Qərbi Almaniya - Polşa 0:0
1982. Belçika - Argentina 1:0
1986. İtaliya - Bolqarıstan 1:1
1990. Kamerun - Argentina 1:0
1994. Almaniya - Boliviya 1:0
1998. Braziliya - Şotlandiya 2:1
2002. Seneqal - Fransa 1:0
2006. Almaniya - Kosta Rika 4:2
2010. CAR - Meksika 1:1
2014. Braziliya - Xorvatiya 4:1
2018. Rusiya - Səudiyyə Ərəbistanı 5:0
2022. Qətər - Ekvador 0:2
Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunacaq DÇ-2026 bu gün, saat 23:00-da Meksika - CAR oyunu ilə start götürəcək. İyulun 19-da başa çatacaq turnirdə ilk dəfə 48 komanda mübarizə aparacaq./Report/











