"Bütün kişi məclislərinə..." — Nigar Şabanova

"Bütün kişi məclislərinə..." — Nigar Şabanova

Əməkdar artist Nigar Şabanova verdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb.

NOCOMMENT.az xəbər verir ki, xanəndə bildirib ki, əvvəllər kişi məclislərində iştirak etməsə də, son dövrlərdə müəyyən şərtlər daxilində belə məclislərə qatılır.

Onun sözlərinə görə, bütün kişi məclislərinə dəvət qəbul etmir və seçim edərək iştirak edir. Nigar Şabanova qeyd edib ki, bununla bağlı özünəməxsus tələbi var, lakin həmin şərti efirdə açıqlamağı uyğun hesab etmir.

Sənətçi bildirib ki, bu məsələ ilə bağlı fikirlərini məclis sahibləri ilə əvvəlcədən danışıq zamanı bölüşür və yalnız şərtləri uyğun olduğu halda dəvətləri qəbul edir.

Xanəndənin bu etirafı sosial şəbəkələrdə maraqla qarşılanıb. İzləyicilər onun açıqlaması ilə bağlı müxtəlif fikirlər səsləndirərək mövzunu müzakirə ediblər./milli.az/