Abramoviç yayılan məlumatı təkzib etdi

Abramoviç yayılan məlumatı təkzib etdi

“Biz o klubu almamışıq, ümumiyyətlə, heç bir klub almaq fikrimiz yoxdur”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Roman Abramoviçin nümayəndəsi iş adamının Türkiyənin “Göztepe” futbol komandasını almasını təkzib edərkən bildirib.

Onun sözlərinə görə, Abramoviç dünyanın heç bir yerində klub almaqda maraqlı deyil.

Qeyd edək ki, Roman Abramoviçin Super Liqa komandası “Göztepe” klubunu alması ilə bağlı məlumat yayılmışdır.