Koronavirus pandemiyası səbəbindən Avropada dayandırılan ölkə çempionatlarından bəzilərinin bərpa olunma tarixi bilinib.
NOCOMMENT.az-ın məlumatına görə, müxtəlif ölkələr mübarizənin davam etməsi üçün təxmini vaxt müəyyənləşdiriblər.
İlk olaraq almanlar Bundesliqanı davam etdirməyi planlaşdırırlar. Əgər hər hansı bir qərar dəyişikliyi olmasa, mayın 16-da Almaniya çempionatı bərpa ediləcək. Ümumilikdə 17 ölkədə hazırkı duruma əsasən, futbola dönüş vaxtı bəllidir. Onlardan 8-i mayda, 9-u isə iyunda çempionatı bərpa etmək fikrindədir.
Çempionatların bərpa ediləcəyi təxmini tarix:
Almaniya – 16 may
Macarıstan – 23 may
Çexiya – 25 may
Polşa – 29 may
Danimarka – 29 may
Avstriya – 30 may
Portuqaliya – 30 may
Serbiya – 30 may
İtaliya – 6-7 iyun
İngiltərə – 8 iyun
İspaniya – 15 və ya 28 iyun
Yunanıstan – 6 iyun
Xorvatiya – 6 iyun
İsveçrə – 8 iyun
İsveç – 14 iyun
Norveç – 16 iyun
Rusiya – 21 və ya 28 iyun
Apasport.az












