Azərbaycan Premyer Liqasının bərpası qeyri-müəyyən müddətədək uzadıldı

Azərbaycan Premyer Liqasının bərpası qeyri-müəyyən müddətədək uzadıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasının bərpası ən azı karantin dövrü bitənədək uzadılıb.

Bu barədə NOCOMMENT.az-a Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev məlumat verib.

O, çempionatla bağlı məsələdə Nazirlər Kabinetinin qərarına uyğun hərəkət edəcəklərni bildirib: “Hazırda hər yer bağlıdır. Karantin müddəti hələlik aprelin 20-dək nəzərdə tutulub. Son qərara uyğun hərəkət edəcəyik. Xüsusi karantin rejiminin müddəti artırılsa, çempionatın bərpası yubanacaq”.

Şahgəldiyev klublara vaxt barədə heç bir məlumat verə bilmədiklərini vurğulayıb: “Aprelin 20-də karantinin bitib-bitməyəcəyindən məlumatımız yoxdur. Nazirlər Kabinetinin yeni qərarı nə olacaqsa, ona uyğun addım atılacaq”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasındakı fasilənin müddəti bu gün bitməli idi.