İsrail dövləti tərəfindən strateji müttəfiqi olan ABŞ-a qarşı gizli kəşfiyyat fəaliyyətinin yürüdülməsi və məlumatların toplanması ilə bağlı yayılan xəbərlər rəsmi Tel-Əviv tərəfindən qəti şəkildə rədd edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrailin "N12" portalı ölkənin Vaşinqtondakı səfirliyinə istinadən məlumat yayıb.
Sözügedən iddialarla bağlı İsrailin ABŞ-dakı səfirliyindən verilən rəsmi bəyanatda bildirilib: "Bu iddia tamamilə yalandır. İsrailin kəşfiyyat məlumatlarının toplanması istiqamətindəki bütün səyləri müttəfiqlərinə deyil, yalnız və yalnız onun düşmənlərinə qarşı yönəlib".
Qeyd edək ki, iki ölkə arasında kəşfiyyat sahəsindəki gərginlik iddiaları fonunda verilən bu bəyanat, Vaşinqton və Tel-Əviv arasındakı strateji tərəfdaşlıq əlaqələrinin qorunması məqsədi daşıyır.
Sara
NOCOMMENT.az











