Azərbaycan şahmatçıları Avropa Şahmat İttifaqının təşkilatçılığı ilə keçiriləcək onlayn qitə çempionatında iştirak edəcəklər.
Azərbaycan Şahmat Federasiyasından NOCOMMENT.az-a verilən məlumata görə, yarışa qatılmaq istəyən şahmatçılar fərdi qaydada qeydiyyatdan keçə bilərlər.
Son qeydiyyat müddəti mayın 14-də başa çatacaq. İndiyədək Azərbaycanın 19, ümumilikdə isə 800 şahmatçısı Avropa çempionatı üçün qeydiyyatdan keçib.
16-31 mayda keçiriləcək Avropa çempionatında 48 ölkənin şahmatçıları yarışacaq. Burada müxtəlif aşağı yaş kateqoriyalarında da qaliblər bəlli olacaq.












