“Barselona”nın futbolçusu Mateus Fernandes koronavirus infeksiyasına yoluxub.
NOCOMMENT.az xəbər verir ki, hazırda “Palmeyras”ın formasını geyinən yarımmüdafiəçidə bu xəstəliyin əlamətləri aşkarlanıb.
22 yaşlı oyunçunun testinin nəticəsi müsbət olduğundan, Fernandes karantinə alınıb və həkim nəzarətinə götürülüb.













