Bu ölkədə futbolçulara danışmamaq tövsiyə olundu

Bu ölkədə futbolçulara danışmamaq tövsiyə olundu

Cənubi Koreya çempionatının rəhbərliyi oyunlar zamanı koronavirus infeksiyasının yayılması ilə mübarizə məqsədilə bir sıra tədbirlər tətbiq edib.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, qarşılaşmalar zamanı futbolçulara bir-biriləri ilə danışmamaları tövsiyə olunub.

Eyni zamanda tüpürmək və salamlaşmaq qadağan edilib. Məşqçilər heyəti və komanda işçiləri əlcək və maskadan yararlanmalıdırlar.

Qeyd edək ki, fevralın 29-da başlamalı olan Cənubi Koreya çempionatı koronavirus pandemiyası üzündən təxirə salınmışdı. Mövsüm mayın 8-dən azarkeşsiz start götürəcək.