UEFA koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Çempionlar Liqası matçları ilə bağlı qərarını verib.
NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, qitənin 1 nömrəli klub turnirində 1/8 final mərhələsinin oyunları tamamlandıqdan dərhal sonra 1/4 finalın püşkü atılacaq. İddiaya görə, bu mərhələnin qarşılaşmaları 11-15 avqust tarixlərində, yarımfinal görüşləri isə 18-22 avqustda olacaq.
Final matçının isə avqustun 29-da baş tutacağı bildirilib.
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində “Yuventus” (İtaliya) – “Lion” (Fransa) (ilk oyun – 1:1), “Mançester Siti” (İngiltərə) və “Real Madrid” (İspaniya) (ilk oyun – 2:1), “Barselona” (İspaniya) və “Napoli” (İtaliya) (ilk oyun 1:1) və “Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə) (ilk oyun – 3:0) matçları pandemiya səbəbindən qeyri-müəyyən müddətədək təxirə salınıb.












