“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün Bakıda Niderlandın “Ayaks” klubu ilə üz-üzə gəlib.
NOCOMMENT.az xəbər verir ki, Liqa mərhələsinin VI turunun oyunu saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürüb.
Gərgin keçən qarşılaşmada qapılara 6 qol vurulub. Görüş “Ayaks”ın 4:2 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VI tur
10 dekabr
21:45 “Qarabağ” – “Ayaks” (Niderland) 2:4
Qol: Kamilo Duran, 10, Kasper Dolberq, 39, Mateuş Silva, 47, Oskar Qlux, 79, 90, Anton Qaaey, 83
Baş hakim: Rade Obrenoviç (Sloveniya)
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyununda ikinci qol vurulub.
NOCOMMENT.az xəbər verir ki, Azərbaycan təmsilçisi yenidən hesabda önə keçib – 2:1.
47-ci dəqiqədə Mateus Silva fərqlənib.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyununda ikinci qol vurulub.
NOCOMMENT.az xəbər verir ki, qonaqlar hesabı bərabərləşdirib – 1:1.
Kasper Dolberq 39-cu dəqiqədə fərqlənib.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyununda hesab açılıb.
NOCOMMENT.az xəbər verir ki, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.
10-cu dəqiqədə Kamilo Duran adını tabloya yazdırıb
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyunu start götürüb.
NOCOMMENT.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçı sloveniyalı FIFA referisi Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edir.
Azərbaycan klubu hazırda turnir cədvəlində 7 xalla 21-ci pillədə qərarlaşıb. Əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan qonaqlar sonuncu – 36-cıdır.












