İran Xarici İşlər nazirinin müavini Kazem Qaribabadi Birləşmiş Ştatların Tehranla əlaqə saxlayaraq danışıqlar aparmaq istədiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, o qeyd edib ki, Birləşmiş Ştatlar yeni münaqişə mərhələsinin başlamasından təxminən 4-5 gün sonra fikir ayrılıqlarını tənzimləmək və razılaşma əldə etmək üçün danışıqlar aparılması barədə mesaj göndərib.
Diplomat Hörmüz boğazı ilə bağlı mövqelərini də diqqətə çatdırıb. O bildirib ki, Hörmüz boğazı üzrə istənilən razılaşma yalnız İran və Oman arasında imzalanmalıdır və Tehran boğaz ətrafındakı vəziyyətə heç bir xarici müdaxiləni qəbul etməyəcək. Yeni saziş qüvvəyə mindikdən sonra Hörmüz boğazındakı mövcud müvəqqəti marşrutlar bağlanacaq, İranın ərazi sularına daxil olan və buradan çıxan gəmilər üçün marşrutların əhəmiyyətli hissəsi isə yeni yol vasitəsilə həyata keçiriləcək.
Sara, NOCOMMENT.az











