Canlı yayımda söyüş söyən daha bir tiktoker HƏBS EDİLDİ

Canlı yayımda söyüş söyən daha bir tiktoker HƏBS EDİLDİ

Daha bir tiktoker sosial şəbəkədə yol verdiyi əxlaq pozuntusuna görə həbs edilib.

NOCOMMENT.az xəbər verir ki, Ağstafa rayon sakini 34 yaşlı Məftun Xəlilov (şərti adla) tiktok sosial şəbəkəsində özünə məxsus "xabib_05" adlı səhifədə açdığı canlı yayımda qeyri-etik ifadələr səsləndirib.

Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verib.

Bu əməlinə görə Məftun polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Məftun ifadəsində bildirib ki, canlı yayım zamanı bir dostu ona yaxınlaşaraq, pul xırdalamasını istəyib. Bu zaman Məftun onunla söyüşlə zarafat edib. O, əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.


Məhkəmənin qərarı ilə M. Xəlilov 6 gün müddətinə inzibati qaydada həbs edilib. lent.az