Dünyanın ən yaxşı gənc futbolçusu açıqlanıb

Dünyanın ən yaxşı gənc futbolçusu açıqlanıb

ESPN dünyanın ən yaxşı gənc futbolçularını müəyyənləşdirib.

NOCOMMENT.az xəbər verir ki, siyahıda 10 futbolçu yer alıb.

Oyunçu seçimi zamanı 21 yaşdan yuxarı olmamaları əsas götürülüb. Siyahıya PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edir. Dortmund “Borussiya”sının ingiltərəli vingeri Ceydon Sanço ikinci pillədə qərarlaşır. İlk “3-lüy”ü “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold qapayır.

Dünyanın ən yaxşı gənc futbolçuları:
1. Kilian Mbappe (PSJ / Fransa)
2. Ceydon Sanço (“Borussiya” Dortmund / İngiltərə)
3. Trent Aleksander-Arnold (“Liverpul” / İngiltərə)
4. Vinisyus Junior (“Real” / Braziliya)
5. Kay Haverts (“Bayer” / Almaniya)
6. Matteys de Liqt (“Yuventus” / Hollandiya)
7. Canluici Donnarumma (“Milan” / İtaliya)
8. Erlinq Haland (“Borussiya” Dortmund / Norveç)
9. Federiko Valverde (“Real” / Uruqvay)
10. Joao Feliks (“Atletiko” / Portuqaliya).

APA