Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Voleybol Federasiyasının fəaliyyəti ilə tanış olub.
Nazirlikdən NOCOMMENT.az -a verilən məlumata görə, F.Qayıbov yeniyetmə və gənc voleybolçularla görüşüb, onların məşq proseslərini izləyib. Nazir Voleybol Federasiyasında yaradılmış şəraitlə də maraqlanıb.
Federasiyasının 1-ci vitse-prezidenti Faiq Qarayev nazirə qururumun fəaliyyəti, yarışlara hazırlıq, regionlarda voleybol bölmələrinin təşkili, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.










