Fərid Qayıbov daha bir federasiyanın fəaliyyəti ilə tanış oldu

Fərid Qayıbov daha bir federasiyanın fəaliyyəti ilə tanış oldu

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Taekvondo Federasiyasının fəaliyyəti ilə tanış olub.

Nazirlikdən NOCOMMENT.az -a verilən məlumata görə, milli komanda üzvləri ilə görüşən F.Qayıbov onların məşq proseslərini izləyib, federasiyada yaradılmış şəraitlə maraqlanıb.

Federasiyasının icraçı vitse-prezidenti Nağı Səfərov nazirə qurumun fəaliyyəti, yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, və gələcək planlar barədə məlumat verib.

Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.