Azərbaycanın sərbəst güləşçiləri Bolqarıstanın Veliko Tırnova şəhərindəki Dan Kolov – Nikola Petrov beynəlxalq turnirində daha 4 medal qazanıblar.
“NOCOMMENT” Publika.az-a istinadən xəbər verir ki, son yarış günündə 86 kq-da mübarizə aparan Orxan Abbasov 3-cü yer uğrunda görüşdə moldovalı Denis Balauru 9:3 hesabı ilə üstələyərək bürünc medala sahib çıxıb.
Eyni çəki dərəcəsindəki Abubakr Abakarov finalda gürcüstanlı Sandro Aminaşvili ilə qarşılaşıb. 7:0 hesabıyla qalib gələn idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.












