Mahir Emreli “Dinamo”ya bu tarixdə qayıdacaq

Mahir Emreli “Dinamo”ya bu tarixdə qayıdacaq

Bu ilin fevralından “Dinamo”da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Xorvatiya komandasının düşərgəsinə qayıdacağı tarix bəlli olub.

NOCOMMENT.az xəbər verir ki, 25 yaşlı hücumçu dekabrın 19-da Zaqreb təmsilçisinə qoşulacaq.

Qeyd edək ki, komandanın baş məşqçisi Ante Çaçiç ötən ay yığmanın Moldova və Şimali Makedoniya seçmələrinə qarşı yoldaşlıq matçlarında iştirak edən forvarda əlavə istirahət verib.