“Mançester Siti”nin ulduzu bu kluba keçir

“Mançester Siti”nin ulduzu bu kluba keçir

“Mançester Siti”nin futbolçusu Qabriel Jesus karyerasını “Arsenal”da davam etdirməyə yaxındır.

NOCOMMENT.az “The Sun”a istinadən xəbər verir ki, “topçular” 25 yaşlı braziliyalı oyunçu ilə danışıqlar aparır. “Şəhərlilər”lə 1 il daha sözləşməsi olan hücumçunun bu yay komandanı tərk edəcəyi bildirilib.

Qeyd edək ki, 2017-ci ildən “Mançester Siti”də çıxış edən Jesus bu sezon 41 matçda 13 qol və 12 məhsuldar ötürmə edib.