Qurban Qurbanov: "70 manat almışdım..."

Qurban Qurbanov: "70 manat almışdım..."

Qurban Qurbanov ilk qazancını xatırlayaraq maraqlı açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, "Qarabağ FK" klubunun baş məşqçisi gənclik illərində aldığı ilk maaşdan danışıb. O, bildirib ki, 16-17 yaşlarında futbol oynayarkən 70 manat əməkhaqqı alıb.

Qurbanovun sözlərinə görə, həmin pulun bir hissəsini ailəsi üçün xərcləyib:

"Zaqatalada bazara getdim, 40 manatlıq bazarlıq etdim. Evə qayıdanda anam evdə idi, çoxlu ərzaq almışdım".

Futbol mütəxəssisinin bu səmimi etirafı sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə yaradıb.\\milli.az

Bizim Telegram səhifəsinə abunə olun