Azərbaycan və Ekvador arasında diplomatik, rəsmi və xidməti pasport sahibləri viza tələbindən azad edilir.
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı xarici işlər nazirinin müavini Elnur Məmmədovun Ekvadora səfəri çərçivəsində saziş imzalanıb.
Həmçinin səfər zamanı paytaxt Kito şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi və Ekvador Xarici İşlər və İnsan Mobilliyi Nazirliyi arasında ilk siyasi məsləhətləşmələr keçirilib.










