ABŞ aviadaşıyıcısı yenidən BÖLGƏDƏ - Bombardman başlayır?

ABŞ aviadaşıyıcısı yenidən BÖLGƏDƏ - Bombardman başlayır?

ABŞ-ın "Corc Buş" (CVN 77) aviadaşıyıcısı Ərəb dənizinə daxil olub. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı məlumata görə, hazırda Amerika qoşunları Oman körfəzində İrana qarşı hərbi-dəniz blokadasını təmin edir və Hörmüz boğazında "Azadlıq" əməliyyatına dəstək verir.

NOCOMMENT.az xəbər verir ki, strateji əhəmiyyət kəsb edən bölgəyə daxil olan aviadaşıyıcının göyərtəsində 60-dan çox qırıcı təyyarə və digər hərbi hava texnikası mövcuddur. ABŞ-ın bu addımı bölgədəki hərbi mövcudluğunu gücləndirmək və Hörmüz boğazı kimi kritik keçid məntəqələrində təhlükəsizliyi nəzarətdə saxlamaq məqsədi daşıyır.

Bizim Telegram səhifəsinə abunə olun