Rafinya Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib

Rafinya Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib

İspaniyanın “Barselona” klubunun futbolçusu Rafinya azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

NOCOMMENT.az xəbər verir ki, hücumçu 1/8 final mərhələsinin cavab oyununda “Nyukasl” (İngiltərə) ilə keçirilən görüşdə (7:2) iki qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, braziliyalı futbolçu səsvermədə Fransisko Trinkao (“Sportinq”), Vinisius Junior (“Real”) və Dominik Şoboslaini (“Liverpul”) qabaqlayıb./Report/