“Şamaxı”dan ayrıldı, Ermənistan klubuna keçdi

“Şamaxı”dan ayrıldı, Ermənistan klubuna keçdi

Ötən həftə “Şamaxı”dan ayrılan Sezar Henrike Ermənistan klubuna keçib.

NOCOMMENT.az xəbər verir ki, Braziliyalı müdafiəçi “Alaşkert”lə müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu ötən mövsüm “Şamaxı”da 33 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.