Futbol üzrə dünya çempionatında Türkiyə Paraqvay millisinə məğlub olub.
San-Fransisko Bay Arena stadionunda keçirilən D qrupunun II turunun matçında "ay-ulduzlu"lar rəqibinə 0:1 hesabı ilə uduzublar.
2-ci dəqiqədə Matias Qalarsa uzaq məsafədən qapını dəqiq nişan alıb.
Qarşılaşmanın 45+3-cü dəqiqəsində Cənubi Amerika təmsilçisinin heyətində Miqel Almiron qırmızı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, qrupun digər oyununda ABŞ seçməsi Avstraliyaya 2:0 hesabı ilə qalib gəlib. Bununla da qrupdakı ilk iki matçında uduzan Türkiyə yığmasının növbəti mərhələyə çıxmayacağı dəqiqləşib.
08:12
Futbol üzrə dünya çempionatının Türkiyə - Paraqvay oyununda ikinci hissə başlayıb.
San-Fransisko Bay Arena stadionunda keçirilən D qrupunun II turunun matçında "ay-ulduzlu"lar hesabda geridədirlər - 0:1.
2-ci dəqiqədə Matias Qalarsa uzaq məsafədən qapını dəqiq nişan alıb.
Qarşılaşmanın 45+3-cü dəqiqəsində Cənubi Amerika təmsilçisinin heyətində Miqel Almiron qeyri-etik ifadə işlətdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb.
07:55
Futbol üzrə dünya çempionatının Türkiyə - Paraqvay oyununda ilk hissə yekunlaşıb.
San-Fransisko Bay Arena stadionunda keçirilən D qrupunun II turunun matçında "ay-ulduzlu"lar fasiləyə məğlub yollanıblar - 0:1.
2-ci dəqiqədə Matias Qalarsa uzaq məsafədən qapını dəqiq nişan alıb.
Qarşılaşmanın 45+3-cü dəqiqəsində Cənubi Amerika təmsilçisinin heyətində Miqel Almiron qeyri-etik ifadə işlətdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb.
07:03
Futbol üzrə dünya çempionatının Türkiyə - Paraqvay oyununda hesab açılıb.
San-Fransisko Bay Arena stadionunda keçirilən D qrupunun II turunun matçında Cənubi Amerika təmsilçisi hesabda irəli çıxıb - 1:0.
2-ci dəqiqədə Matias Qalarsa uzaq məsafədən qapını dəqiq nişan alıb.
07:00
Futbol üzrə dünya çempionatının Türkiyə - Paraqvay oyunu başlayıb.
D qrupunun II turunun matçı San-Fransisko Bay Arena stadionunda keçirilir.
Qarşılaşmanı salvadorlu FIFA referisi İvan Barton idarə edir.










