Türkiyəli futbolçu Almaniya millisinin kapitanı oldu

Türkiyəli futbolçu Almaniya millisinin kapitanı oldu

Türkiyəli futbolçu İlkay Gündoğan Almaniya millisinin kapitanı seçilib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə millinin baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında açıqlama verib:

“Mən sarğını İlkay Gündoğana verməyə qərar verdim. Coşua Kimmiç isə vitse-kapitan olacaq”.

Qeyd edək ki, İlkay Gündoğan “Mançester Siti”dən “Barselona”ya keçib.