Varşava 2024-cü ildə UEFA Superkubokuna ev sahibliyi edəcək

Varşava 2024-cü ildə UEFA Superkubokuna ev sahibliyi edəcək

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsinin iclasında UEFA Superkuboku uğrunda oyunun harada keçiriləcəyi ilə bağlı qərar qəbul edilib.

NOCOMMENT.az xəbər verir ki, 2023/24 mövsümünün Çempionlar Liqası və Avropa Liqasının qalibləri arasında oyun avqustun 14-də Polşanın paytaxtında keçiriləcək.

Xatırladaq ki, 2023-cü ildə UEFA Superkuboku uğrunda matç Kazanda keçirilməli idi, lakin dünyada yaranmış siyasi vəziyyətlə əlaqədar görüş Afinada baş tutdu.