Noyabrın 11-də İngiltərədə keçiriləcək 5-ci “Fələstinə dəstək yürüşü” ilə bağlı Baş nazir Rişi Sunakın “təxribatçı və hörmətsiz” ifadəsini, daxili işlər naziri Suella Bravermanın isə “nifrət marşı” ifadəsini işlətməsi reaksiyaya səbəb olub.
NOCOMMENT xəbər verir ki, Fələstinə dəstək yürüşləri təşkil edən 6 qeyri-hökumət təşkilatı öz bəyanatlarında Bravermanın sözlərinin “açıq şəkildə Qəzza xalqının bombalanmasına son qoyulması üçün ictimai dəstəyin qarşısını almaq istəyindən qaynaqlandığını” bildiriblər.
İsrailin Fələstinə hücumları 29-cu gündə də davam edir. Qəzzada ölənlərin sayı 9 mini keçərkən, əksəriyyəti mülki vətəndaşlardan ibarət yaralıların müalicə olunduğu xəstəxanalar yenidən İsrail ordusu tərəfindən bombalanır. Bir çox ölkə davam edən qırğına səssiz qalarkən, İngiltərə baş naziri Rişi Sunak və daxili işlər naziri Suella Braverman açıqlamaları ilə yeni qalmaqal yaradıb.